Nikotin
Nikotin ağız boşluğuna son dərəcə mənfi təsir göstərir, bir sıra diş və diş ətləri xəstəliklərinə səbəb olur. Əsasən nikotin dişlərdə kariyesin inkişafı üçün imkan yaradır. Siqaret çəkənlərdə dişlərin itirilməsi riski siqaret çəkməyən insanlardan daha çoxdur. Həmçinin siqaret çəkənlər üçün ağızdan xoşagəlməz qoxu xarakterikdir və bundan hətta diş pastası da xilas etmir. Siqaret dişlərdə boz və ya qara çöküntüyə, dişlərin rəngsizləşməsi və saralmasına, həmçinin emalın dağılmasına gətirib çıxarır.
Siqaret yalnız dişlərə deyil, diş ətlərinə də təsir göstərir. Nikotindən asılı olan insanlar üçün parodontun kəskin və xroniki xəstəlikləri xarakterikdir. Bundan əlavə, onların dişləri iltihab və qanaxmaya da meyllidir. Bütün bunlar gec-tez ona gətirib çıxarır ki, dişlərin protezləşdirilməsi lazım olur.
Siqaret bədəndə C vitamini çatışmazlığına gətirib çıxarır. Bədənin bu vitaminə gündəlik ehtiyacı 60 mq-dır və yanma zamanı bir siqaret bu maddənin təxminən 25 mq-nı məhv edir.
Siqaret çəkənlər öz dişlərinə çox diqqətlə qayğı göstərməlidirlər. Bunu yalnız tez-tez diş həkimi ziyarətləri və ağız yaxalayıcılarının istifadə ilə deyil, həm də müvafiq diş pastasından istifadə ilə yerinə yetirmək olar. Bu gün bir çox əczaçılıq şirkətləri siqaret çəkənlər üçün xüsusi diş məcunları istehsal edirlər. Siqaret çəkənlər üçün pasta ağızdan xoşagəlməz qoxunu yumşaltmağa kömək edən nanə kimi aromatik maddələrin xüsusi bir dəstinə malikdir.
Profilaktik məsləhət və yoxlama üçün diş həkiminə baş çəkmək tövsiyə olunur.